28 İYUL 2021
"Global Force Technology" şirkətinin rəhbərliyi MAKS-2021 sərgisində iştirak etmişdi.
Фото:
aviasalon.com
"Global Force Technology" şirkətinin rəhbərliyi MAKS-2021 sərgisində iştirak etmişdi. 20-25 iyul 2021-ci il tarixlərində Moskva vilayətinin Jukovski şəhərində Beynəlxalq aviasiya-kosmik salon sərgisi MAKS-2021 keçirilmişdir. Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi və yüksək texnologiyalı sənaye məhsullarının istehsalı, hazırlanması və ixracına yardım üzrə "ROSTEX" dövlət korporasiyası tədbirin təşkilatçıları idi. "Aviasalon" SC MAKS-2021 sərgəsinin təşkilatçilardan biridir.

2021-ci ilin iyul ayında beynəlxalq aviasiya-kosmik salon (MAKS) Moskva yaxınlığındakı Jukovski şəhərində keçirilmişdi. MAKS Rusiyada keçirilən ən böyük ictimai tədbirlərdən biridir.

MAKS tədbirinin məqsədi Rusiyanın yüksək texnologiyalarını və xarici tərəfdaşlarla birgə layihələr üçün Rusiyanın daxili bazarının açıqlığını nümayiş etdirməyidir. MAKS aviasiya texnikasının ən böyük sərgisi olan mühüm sənaye tədbiridir.

Dünyanın 56 ölkəsindən 829 şirkət MAKS-2021 sərgi proqramı, sərgiyə distant formatda qoşulan qiyabi iştirakçıları nəzərə alınmaqla, yaratmışdılar. Sərgi kompleksinin ərazisində 538 Rusiya şirkəti, həmçinin 20 ölkədən 89 xarici müəssisə və təşkilatları öz ekspozisiyalarını yerləşdirmişdilər.

Rusiya aviasiya və kosmik sənayesinin liderləri, dünyanın ən böyük istehsalçıları məhsullarını pavilyonlarda, açıq meydançalarda və statik parklarda təqdim etmişdilər. O cümlədən, tərəfdaş ölkəsi Qazaxıstan Respublikasının pavilyonunda 11 şirkət və təşkilatların stendləri yerləşdirmişdilər. Belçika, Almaniya, İran, Kanada, Belarus Respublikası, Fransa və Çexiyanın milli ekspozisiyaları da təqdim olunmuşdu.

Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin və "ROSTEX" dövlət korporasiyasının dəvəti ilə "Global Force Technology" şirkətinin rəhbərliyi sərgiyə gələrək 2021-ci ildə iştirak edən aparıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilmiş, əməkdaşlıq məsələləri müzakirə edilmiş və bir sıra müqavilələr imzalanmışdır.

Ətraflı oxu:
Telegram kanalımıza abunə olun
GFT və hərbi texnologiya dünyasından xəbərləri izləyin.

ОТПРАВИТЬ
+
ЗАЯВКА
[ ФОРМА ЗАЯВКИ]
ОСТАВЬТЕ СВОИ КОНТАКТНЫЕ ДАННЫЕ И МЫ СВЯЖЕМСЯ С ВАМИ В БЛИЖАЙШЕЕ ВРЕМЯ
AZ1025, Азербайджан, Баку,
Проспект Нобеля 25, Baku White City Office building,
9-ый этаж. VAT/VÖEN: 1405073571
Made on
Tilda